Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
“Qafqazinfo”nun məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçirilib.
A qrupunda Madrid “Real”ı “Şaxtyor”u darmadağın edib - 4:1, PSJ isə “Malmö”yə qalib gəlib.
B qrupunda “Mançester Yunayted” səfərdə PSV-yə məğlub olub. Qrupun digər matçında isə “Volfsburq” Moskva MOİK-ini udub - 1:0.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” öz meydanında “Atletiko” ya yenilib. ÇL-in debütantı “Astana” isə “Benfika” səfərindən məğlub dönüb - 0:2.
D qrupunda “Mançester Siti” və “Yuventus” komandaları arasında keçirilib. Görüş "qoca sinyora"nın qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə isə “Sevilya” Münhenqladbax “Borussiya”sını udub - 3:0
Son xəbərlər
Son Xəbərlər