“Qalatasaray” və “Fənərbaxça”nın rəqibi bəlli oldu

qalatasaray-ve-fenerbaxcanin-reqibi-belli-oldu
Oxunma sayı: 6573

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə təmsilçilərindən “Qalatasaray” Niderland təmsilçisi “AZ Alkmaar”a rəqib olub. 

“Fənərbaxça” isə “Anderlext”lə üz-üzə gələcək. 

UEFA Avropa Liqası
Pley-off mərhələsi

“Tvente” (Niderland) - “Budyo Qlimt” (Norveç)
“Fənərbaxça” (Türkiyə) - “Anderlext” (Belçika)
“Yunion” (Belçika) - "Ayaks" (Niderland)
PAOK (Yunanıstan) - FCSB (Rumıniya)
AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)
“Midtyullann” (Danimarka) - "Real Sosyedad" (İspaniya)
“Ferentsvaroş” (Macarıstan) - "Viktoriya" (Çexiya)
"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)

Qeyd edək ki, bu raundun oyunları fevralın 13-də və 20-də keçiriləcək.