“Qalatasaray” xal itirdi

“Qalatasaray” xal itirdi
Oxunma sayı: 1480

Futbol üzrə Türkiyə çempionatının XV turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Altay”ı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib - 2:2.

Günün digər matçında isə “Trabzonspor” öz meydanında “Adana Dəmirspor”un qapısından iki cavabsız top keçirib. “Sivasspor” isə səfərdə “Alanyaspor”u minimal hesabla məğlub edib - 1:0

Turun digər matçları isə dekabrın 5-də və 6-da keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla “Trabzonspor” başçılıq edir. Ondan 13 xal geri qalan “Konyaspor” ikinci, sonuncu ilə eyni xala malik olan “Hatayspor” isə üçüncü pillələrdə qərarlaşıblar.