“Qalatasaray” yeni transferlərini rəsmən açıqladı

qalatasaray-yeni-transferlerini-resmen-aciqladi
Oxunma sayı: 1345

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçularla gücləndirib.

"Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Brentford” klubunun hücumçusu Halil Dervişoğlunu icarəyə götürüb.

Bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı forvard mövsümün sonunadək “Qalatasaray”da çıxış edəcək.

Bundan başqa, “Monako”nun futbolçusu Henri Onyekurunun da “Qalatasaray”a keçidi rəsmiləşib.

Klublar arasında anlaşmaya əsasən, Onyekuru mövsümün sonuna qədər “sarı-qırmızılılar”a icarəyə verilib. Bununla Nigeriya millisinin üzvü üçüncü dəfə “Qalatasaray”da icarə əsasında çıxış edəcək.

“Cim-bom” onu mövsümün sonunda 4 milyon 350 min avro qarşılığında birdəfəlik transfer edə biləcək.