“Qalatasaray”a son dəqiqə şoku

qalatasaraya-son-deqiqe-soku
Oxunma sayı: 2630

Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, hesabat turunda "Qalatasaray" doğma azarkeşləri önündə "Ankaragücü"nü qəbul edib.

"Sarı-qırmızılar" matçın sonlarına yaxın hesabda 2:0 öndə olsalar da, son dəqiqələrdə qələbəni əldən veriblər.

"Qalatasaray" - "Ankaragücü" - 2:2
Qollar: Fequli, 53 (1:0), Belhanda, 83-pen (2:0), Parlak, 88-penh (2:1), Kitsiou, 90+1 (2:2)

Bu nəticədən sonra Fatih Terimin komandası 24 xalla 6-cı pillədə qərarlaşıb. "Ankaragücü" 10 xalla 18-ci-sonuncudur.

Qeyd edək ki, turnir cədvəlinə 30 xalla (14 oyun) "Sivasspor" başçılıq edir. "Beşiktaş" 27 xalla (14 oyun) 2-ci, "Trabzonspor" 26 xalla (14 oyun) 3-cüdür.