“Qalatasaray”dan “Ayaks”a keçdi

qalatasaraydan-ayaksa-kecdi
Oxunma sayı: 2044

"Qalatasaray" niderlandlı futbolçusu Rayan Babeli "Ayaks"a icarəyə verib.

"Qafqazinfo" xairici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı vingerin Amsterdam klubuna keçidi tamamlanıb. "Ayaks" sabiq futbolçusunun transferini tezliklə açıqlayacaq.

Qeyd edək ki, Niderland millisinin üzvü yayda "Fulhem"dən "Qalatasaray"a azad agent statusu ilə keçib. Babel bu mövsüm 15 oyuna 5 qol vurub, 1 assist edib. Təcrübəli oyunçu peşəkar karyerasına 2004-cü ildə "Ayaks"da başlamışdı.