“Qalatasaray”dan daha bir transfer

qalatasaraydan-daha-bir-transfer
Oxunma sayı: 634

Müdafiənin sağ cinahı üçün uzun müddətdir axtarışlar aparan “Qalatasaray” axtardığı futbolçunu İspaniyada tapıb.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, “sarı-qırmızılılar” “Sevilya”da forma geyinən braziliyalı Mariano Ferreyra ilə razılaşıb.

31 yaşlı müdafiəçi üçün qarşı tərəfə 4,6 milyon avro ödəniləcək.

Mariano ilə isə 3 illik müqavilə imzalanacaq. Futbolçu illik 2,2 milyon avro qazanacaq.

Qeyd edək ki, "Qalatasaray" daha öncə Maykon, Belhanda və Bafetimbi Qomisi heyətinə qatıb.