“Qalatasaray”dan iki ulduz futbolçu ayrılır

qalatasaraydan-iki-ulduz-futbolcu-ayrilir
Oxunma sayı: 1752


 “Qafqazinfo” xəbər verir ki, mövsüm sonunda ulduz futbolçu Didye Droqba klubdan ayrılacaq. Çaışdığı hər klubda  futbolçuları özünə düşmən etməyi bacaran baş məşqçi Roberto Mançini “Qalatasaray”da da Droqba ilə soyuq münasibət yaradıb. 

Futbolçu Mançinin son turlarda  tətbiq etdiyi sistemdə oynayarkən passız qaldığından şikayətlənib. Droqba “Antalyaspor”la oyunda əvəzləndii üçün Mançiniyə əsəbiləşmiş və narazı  halda stadionu tərk etmişdi. Bundan başqa klub rəhbərliyinin futbolçu ilə müqavilə uzatmağa meyilli olmaması da Droqbanı küsdürən səbəblərdən biridir.

Digər bir ulduz futbolçu Emanuel Ebue də mövsüm sonunda dəqiq olaraq gedəcək futbolçular siyahısına daxil edilib. Baxmayaraq ki, Ebuenin “Qalatasaray”la 1 il davam edən müqaviləsi var. Ebue də baş məşqçiyə olan narazıçılığına görə klubda qalmaq istəmir.


İqbal