Futbol üzrə Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir.
"Qafqazinfo" xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
“Hatayspor” – “Alanyaspor” görüşündə qapılara qol vurulmayıb. “Konyaspor” “Dənizlispor”la ev oyunundan qalib ayrılıb.
Səfərdə “Göztəpə” ilə qarşılaşan “Başakşəhər” turu məğlubiyyətlə başa vurub. Lider “Qalatasaray” isə “Kasımpaşa” ilə ev oyununda çətin qələbəyə sevinib.
Türkiyə Super Liqası
25-ci tur
14 fevral
Konyaspor – Dənizlispor 2:0
Qol: A.Bardakçı, 52. Sekidika, 80.
Göztəpə – Başakşəhər 2:1
Qol: S.Aydoğdu, 24. Jül, 53-pen – D.Türüç, 59.
Hatayspor – Alanyaspor 0:0
Qalatasaray – Kasımpaşa 2:1
Qol: K.Aktürkoğlu, 9. M.Məhəmməd, 89-pen – Telin, 51.
Son xəbərlər
Son Xəbərlər