“Qalatasaray”dan yeni transfer

qalatasaraydan-yeni-transfer
Oxunma sayı: 2515

Türkiyənin "Qalatasaray" klubu yeni transferini rəsmən açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi "Leyptsiq"in futbolçusu Marselo Saraççinin keçidini rəsmiləşdirib.

Uruqvaylı sol cinah müdafiəçisi 1.5 il müddətinə icarə əsasında "Cim-Bom"da çıxış edəcək. "Qalatasaray" Almaniya təmsilçisinə 500 min avro icarə haqqı ödəyəcək.

Qeyd edək ki, M.Saraççi yeni klubunda ümumilikdə 2 milyon 500 min avro qazanacaq.