Türkiyənin “Qalatasaray” futbol klubu, Cəmiyyəti Aydınlatma Platformasına (KAP) göndərdiyi açıqlamada məşhur futbolçu Emmanuel Eboue və onun mənsub olduğu “Arsenal”la transfer danışıqlarına başladığını bildirib. Açıqlama bu şəkildə verilib: "Professional Futbolçu Emmanuel Eboue və “Arsenal” futbol klubu ilə rəsmi görüşlərə başlanılıb, danışıqların gedişindən ictimaiyyət xəbərdar ediləcək."