“Qalatasaray”ın azərbaycanlı iş adamını soydular

qalatasarayin-azerbaycanli-is-adamini-soydular
Oxunma sayı: 1859

Antalyanın Muratpaşa bölgəsində “Qalatasaray”ın idarə heyətinin üzvü, azərbaycanlı iş adamı Bəxtiyar Muradov soyğuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, soyğunçular “Qalatasaray Store”nin iki günlük hasilatını və topdan satış mallarını oğurlayıblar.

Bundan başqa oğrular 10 min TL və 20 min TL dəyərində olan qızılın olduğu çantanı da götürüblər. Muradov isə hadisəyə belə aydınlıq gətirib: “Yemək almaq üçün getmişdim. Hər şeyi restoranımdakı masanın üzərində qoymuşdum. Geri döndüm və gördüm ki, yoxdur. Hər kəsdən soruşdum. Amma heç kim tapa bilmədi. Sonra kamera görüntülərinə baxdıqda oğurlandığının şahidi olduq”.

Muradov bununla bağlı polisə müraciət etsə də, hələlik oğrular yaxalanmayıb.