“Qalatasaray”ın futbolçusu Traoreni heyvan adlandırdı

qalatasarayin-futbolcusu-traoreni-heyvan-adlandirdi
Oxunma sayı: 2058

“Qalatasaray” Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Barselona”nın qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Alparslan Öztürk matçdan öncə açıqlama verib. O, “Barselona”nın vingeri Adama Traoreni heyvana bənzədib:

“Barselona” qədər böyük komandaya qarşı oynadığımı düşünmürəm. Kiminlə forma dəyişdirəcəyimlə bağlı fikrim yoxdur. Bu, mənə o qədər də maraqlı deyil. Amma mənə nə maraqlıdır, bilirsiz? Adama Traore dəhşətli dərəcədə əzələli və böyükdür. Özümü o heyvanın qarşısında test etmək istəyirəm”.

Qeyd edək ki, “Barselona” – “Qalatasaray” qarşılaşması bu gücə Bakı vaxtilə saat 00:00-da “Kapm Nou”da baş tutacaq.