“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxdu

qalatasarayin-iki-futbolcusu-koronavirusa-yoluxdu
Oxunma sayı: 1112

Türkiyənin “Qalatasaray” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə oyunçuların birindən milli komandanın düşərgəsində götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.

Yığmanın oyunları ilə əlaqədar fasilədən sonra klub üzvləri yenidən testdən keçib. Bu zaman komandanın daha bir futbolçusunda infeksiya aşkarlanıb.

Adları açıqlanmayan futbolçuların karantinə alındıqları bildirilib.