“Qalatasaray”ın müdafiəçisi koronavirusa yoluxdu

qalatasarayin-mudafiecisi-koronavirusa-yoluxdu
Oxunma sayı: 1082

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Patrik van Aanholt koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, ölkəsi Niderlandda istirahətdə olan sol cinah müdafiəçisinin verdiyi COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, Patrik van Aanholt “Qalatasaray”a mövsümün əvvəlində “Kristal Pelas”dan transfer olub.