“Qalatasaray”ın prezidenti postuna xanım namizəd

qalatasarayin-prezidenti-postuna-xanim-namized
Oxunma sayı: 1704

Türkiyənin “Qalatasaray” klubunun prezidenti postuna namizədlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul klubunun idarə heyətində yer alan Begüm Özkan aprelin 30-da keçiriləcək seçkilərdə 3-cü namizəd olacaq.

Buna qədər Mətin Öztürk və Əşrəf Hamamcıoğlunun namizədliyi rəsmiləşmişdi.

Xanım namizəd üçün zəruri olan sənədlərin toplanmasına start verilib.

Klub prezidentliyinə namizədlərin qəbulu sabah başa çatacaq.