“Qalatasaray”ın keçmiş baş məşqçisi Mikayıl Skibbe şantaj olunub. “Qafqazinfo” xəbər verir ki, bir qadın polis alman məşqçinin sevgilisi ilə olan intima anlarının görüntülərini ələ keçirib.
O, Skibbedən 160 min avro tələb edib. Əks halda həmin görüntüləri mətbuata sızdıracağını bildirib.
Alman mütəxəssis pulu verməyə razılaşıb. Öncədən bildirilən yerə içində 160 min avro olan çantanı qoyub. Lakin heç kim həmin pulları oradan götürməyib. Almaniya xüsusi xidmət orqanları həmin polis qadını tapıb həbs ediblər. Qadının evindən araşdırma zamanı bahalı əşyalar, lüks avtomobillər çıxıb.
Son xəbərlər
Son Xəbərlər