Türkiyəli məşhur sabiq referi Ahmet Çakar “Qalatasaray” – “Trabzonspor” oyunu ilə bağlı şok iddialar irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, o, qarşılaşmanın xarici pul qoyuluşu kontorlarında “2 və daha çox qırmızı vərəqə” üzərinə oynanıldığını bildirib. Çakar qeyd edib ki, bu durum mütləq araşdırılmalıdır: “Bu işin içində kontorlar yoxdursa, mən Ahmet Çakar deyiləm. Bunun içində yönəticilər, futbolçular və məşqçilər var. Təkcə hakimdən asılı olan şey deyil. Əgər həqiqətən də oyun real olaraq belə bitibsə, hakimin ya gözlərində problem var, ya da psixoloji problemləri mövcuddur”.
Futbol şərhçisi Erman Toroğlu və idman yazar Mehmet Demirkol da eyni iddialarla çıxış ediblər.
Son xəbərlər
Son Xəbərlər