“Qalatasaray”ın vitse-prezidenti və xanımı koronavirusa yoluxdu

qalatasarayin-vitse-prezidenti-ve-xanimi-koronavirusa-yoluxdu
Oxunma sayı: 2005

Türkiyənin “Qalatasaray” futbol klubunun vitse-prezidenti Abdurrahim Albayrak və onun həyat yoldaşı Şükran Albayrakda koronavirus aşkarlanıb.

“Qafqazinfo”xəbər verir ki, bu barədə məlumatı İstanbul klubu açıqlayıb.

Məlumata görə, A.Albayrak və Ş.Albayrakın koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, A.Albayrak ötən həftə koronavirus şübhəsi ilə xəstəxnaya yerləşdirilib.