“Qalatasaray”ın yarımmüdafiəçisindən - Şok sözlər

qalatasarayin-yarimmudafiecisinden
Oxunma sayı: 1924

Dünən Çempionlar Liqasının 2015/2016 mövsümünün ilk turunda Madrid “Atletiko”suna 0:2 hesabı ilə uduzan “Qalatasaray”ın hücumammeyilli yarımmüdafiəçisi Yasin Öztəkin maraqlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı vinger bildirib ki, ÇL-də belə bəsit qol buraxdıqdan sonra uğur qazanmaq mümkün deyil. Öztəkin həmçinin hazırkı heyətin qitənin ən nüfuzlu klub turnirində oynamaq üçün yetərli olmadığını da bildirib: “Biz çox bəsit qollar buraxdıq. Belə vəziyyətdə Çempionlar Liqasında uğur qazanmaq mümkün deyil. Yeni transferlər lazım idi. Ötən mövsüm bu heyətlə çempion oldu, kubok aldıq. Bu futbolçularla çempionatda oynaya bilərik. Amma heyətimiz Çempionlar Liqasında oynamaq üçün yetərli deyil. Burada daha yaxşısını etmək lazımdır”.