“Qafqazinfo” xəbər verir ki, İtaliya millisindən yenicə istefa verən Çezaro Prandelli “Qalatasaray”ın baş məşqçisi təyin olunub. Cim Bom-un prezidenti Ünal Aysal Prandellinin gələn həftə yeni işinə start verəcəyini açıqlayıb: “Yeni baş məşqçimiz gələn bazar ertəsindən etibarən komandanın başında olacaq. Prandelli ilə yeni mövsümün hazırlıqlarına strat verəcəyik. Artıq bu il azarkeşlərimizə çempionluq bəxş edəcəyik. Prandelli olduqca intizamlı, işində tələbkar və uğura ac bir mütəxəssisdir”
Iqbal
Son xəbərlər
Son Xəbərlər