"Qalatasaray" baş məşqçisi Yan Olde Riekerinklə yollarını ayırmağa hazırlaşır. “Qafqazinfo” xəbər verir ki, hollandiyalı məşqçinin klubdan göndərilməsi yaxın saatlarda açıqlanacaq.
Artıq İstanbul nəhənginin yeni baş məşqçisinin adına da aydınlıq gəlib. Klub rəhbərliyi komandanı "Karabükspor"da çalışan İqor Tudora tapşırıb. Xorvatiyalı çalışdırıcının yaxın saatlarda ilyarımlıq müqaviləyə imza çəkəcəyi gözlənilir.
Amma Karabük təmsilçisinin prezidenti Hikmet Ferudun İqor Tüdorun "Qalatasaray"la anlaşmasından xəbərdar olmadığını deyib: "Mənim bildiyimə görə, "Qalatasaray" rəhbərliyi Tüdorun meneceri ilə İstanbulda görüşüb. Amma nələr olacağını bilmirəm. Tüdor hazırda həyat yoldaşının doğum gününə görə ölkəsinə yollanıb. Biz onun axşam məşqinə gəlməsini gözləyirik".
Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi Superliqanın son turunda "Kayserispor"a məğlubiyyətdən sonra Riekerinki göndərməyə qərar verib.
Son xəbərlər
Son Xəbərlər