“Qalatasaray”ın yeni baş məşqçisi rəsmən açıqlandı

qalatasarayin-yeni-bas-mesqcisi-resmen-aciqlandi
Oxunma sayı: 3244

Domenek Torrenin “Qalatasaray”a baş məşqçi təyinatı rəsmiləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi ispaniyalı mütəxəssislə müqavilə imzalayıb. Sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. Torren bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Fatih Terimi əvəzləyib.

Qeyd edək ki, Domenek Torren 2013-2016-cı illərdə "Bavariya"da, 2016-2018-ci illərdə isə "Mançester Siti"də Xosep Qvardiolanın köməkçisi olub. O, 2018-2019 mövsümündə ABŞ-ın "Nyu-York" siti klubunun baş məşqçisi olub.