Xəbər verdiyimiz kimi, türkiyəli mütəxəssis Bülent Korkmaz “Qalatasaray”la anlaşa bilməyib. “Qafqazinfo” xəbər verir ki, o, müqavilə müddətinə görə İstanbul klubu ilə razılığa gəlməyib.
Bu barədə “Qafqazinfo”ya danışan Korkmaz bunları deyib: “Müqavilə müddətinə görə “Qalatasaray”la anlaşmadıq. Çünki biz daha uzun müddətə işləmək istəyirdik. Bu klub mənim çörək yediyim, məni Bülent Korkmaz edən klubdur. Ona görə də heç bir şey deyə bilmərəm. Sadəcə anlaşa bilmədik”.
Çalışdırıcı Bakıya gəlmək planlarından da danışıb:
“Bakıya gəlmək planı hələ də qüvvədədir. Sadəcə “Qalatasaray”la danışıqlar getdiyi üçün gəlməmişdik. U-17 Avropa çempionatını izləməmk üçün may ayında qardaş ölkəyə gələcəyik”.
Son xəbərlər
Son Xəbərlər