“Qalatasaray”lı futbolçu özünə toy etdi - “Fənərbaxça”lılardan gələn olmadı + Fotolar

qalatasarayli-futbolcu-ozune-toy-etdi
Oxunma sayı: 4313

“Qalatasaray”lı futbolçu Semih Kaya evlənib.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur futbolçu “Qalatasaray”ın qadınlardan ibarət basketbol komandasında oynayan Yasemin Saylarla ailə həyatı qurub.

Cütlüyün şahidləri “Qalatasaray”ın prezidenti Dursun Özbek, Türkiyə millisinin baş məşqçisi Fatih Terim və “Qalatasaray”ın qadın basketbol klubunun kapitanı İşil Alben olub.

Toyda diqqət çəkən məqam da olub. Belə ki, “Qalatasaray”, “Beşiktaş” klublarının bütün futbolçuları toy mərasimində iştirak edib. “Fənərbaxça”lılardan isə heç kim mərasimə qatılmayıb.