Qaldığı otellərdən 120 televizor oğurlamışdı, tutuldu

qaldigi-otellerden-120-televizor-ogurlamisdi-tutuldu
Oxunma sayı: 2079

Hindistanda Vasudev Nanaiah adlı şəxs son 4 ayda qaldığı otellərdən 120 televizor oğurlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, otellərə böyük çamadanla gedən Nanaiah oğurluq edərkən diqqət çəkməyib. O, oteldən ayrıldıqdan sonra isə televizorun oğurlandığı məlum olub.

Bir neçə həftə öncə həbs edilən, daha sonra kəfalətlə sərbəst buraxılan Nanaiah həbsdən çıxdıqdan sonra yenə əməlinə davam edib. Lakin çox keçmədən polislər onu təkrar yaxalayıb.

Televizor oğrusu hazırda 21 ayrı cinayətdə ittiham edilir.