Qalib komandalar bunlardır

qalib-komandalar-bunlardir
Oxunma sayı: 652

Baş tutan 2 qarşılaşmadan sonra 1/4 finalçıların tam tərkibi müəyyənləşib. İsveç yığması şanslarını itirdiyindən son 2 vəsiqəyə 3 namizəd qalırdı.

Onlardan ikisi İngiltərə və Ukrayna üz-üzə gəlib. Meydan sahibləri layiqincə müqavimət göstərsələr də, müasir dünya futbolunun 3-5 ulduzundan biri olan Ueyn Runinin meydanda olması öz sözünü deyib və ingilislər onun qolu ilə hesabı açaraq irəli çıxıblar. Bu oyunda vurulan yeganə qol olub.

Fransanın işi isə daha asan idi. Ona bir xal da bəs idi. Hətta fransızlar minimal hesabla məğlub olmaqla da 1/4 finala çıxa bilərdilər.

Fransızlar İsveç millisi ilə praqmatik oyuna üstünlük verərək fürsət gözləslər də hesabda geri düşüblər və bu fərqi sina qədər qapada bilməyiblər. Əvində oyunun sonuncu dəqiqələrində İsveçlilər daha bir qol vurublar - 2:0. Ancaq Fransanın ən yaxın rəqibi Ukrayna minimal kesabla məğlub olduğundan fransızların bəxti gətirib.

Beləliklə, AVRO-2012-nin 1/8 final mərhələsinə İngiltərə və Fransa milliləri müvafiq olaraq 7 və 4 xal toplayaraq çıxıblar.

Bu mərhələyə aşağıdakı komandalar çıxıb: Almaniya, Portuqaliya, İtaliya, İspaniya, Yunanıstan, Çexiya, İngiltərə və Fransa.

musavat.com