“Qafqazinfo”nun məlumatına görə, finalda seçilən 16 nəfər yarışacaq. Möhtəşəm final yanvarın 8-də “JW Marriot Abşeron” otelində baş tutacaq. Final gecəsi türkiyəli modelyer Hakan Akkaya, cazibədar Ivana Sərt də iştirak edəcək. Azərbaycanda sevilən türkiyəli sənətçidə sürpriz qonaq qismində gecəyə qatılacaq.
Qeyd edək ki, qalibə Xırdalan şəhərində bir otaqlı mənzil veriləcək. İkinci yerin sahibinə 20 000 dəyərində brilliant və zümrüdlərlə bəzədilmiş dəst hədiyyə olunacaq. Yarışmanın üçüncüsü isə İtaliyaya səyahətə göndəriləcək.
Son xəbərlər
Son Xəbərlər