Universitetdən “Qafqazinfo”ya daxil olan məlumata görə, "Bakı 2015 ilk Avropa Oyunlarına" həsr olunmuş yazı müsabiqəsi BDU Jurnalistika fakültəsi tələbə-müəllim heyətinin təşkilatçılığı və Tələbə Həmkarlar Təşkilatının (THT) dəstəyilə keçirilib. Bu dəfə "Mənim İmzam" müsabiqəsinin mükafat fondu Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abbasın şəxsi büdcəsindən təşkil olunub. Universitetdə baş tutan təltifetmə mərasimində çıxış edən fakültə dekanı Şamil Vəliyev müsabiqənin təşkilatçılarına minnətdarlığını ifadə edib. "Mənim İmzam" layihəsinin rəhbəri budəfəki müsabiqənin xüsusiyyətləri və qiymətləndirmənin meyarlarını diqqətə çatdırıb.
Sonda I, II və III yerləsin sahibləri diplom və pul mükafatı ilə təltif olunub. Peşəkar münsiflərin verdiyi ballara əsasən, I yerə 2-ci kurs tələbəsi Ulucay Məmmədov, II yerə 2-ci kurs tələbəsi Nigar Məmmədova və 3-cü kurs tələbəsi Ofeliya Əl-Xoca, III yerə isə 4-cü kurs tələbəsi Nərgiz Əzizova və II kurs tələbəsi Nurlan Salamov layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər