Qalkindən Puqaçovaya sürpriz - Fotolar

qalkinden-puqacovaya-surpriz
Oxunma sayı: 4456

Rus estradasının primadonnası Alla Puqaçova doğum günündə sürprizlə qarşılaşıb.

“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, “Bu il ad günümü qeyd etmək istəmirəm” deyən Puqaçovaya sürprizi həyat yoldaşı, şoumen Maksim Qalkin təşkil edib. Məlumata görə, müğənni həyat yoldaşı ilə paytaxt restoranlarından birinə romatik şam yeməyinə gedərkən masa arxasında 30-a yaxın qonağın olduğunu görüb.

Dəvətlilər arasında Puqaçovanın qızı Kristina Orbakayte, nəvəsi, siyasətçi Vladimir Kojin və digər yaxınları yer alıb. Sürpriz doğum günündə iştirak edənlər Puqçova haqqında xoş sözlər deyiblər.

Qeyd edək ki, xalq artisti 1949-cu il aprelin 15-də Moskvada dünyaya gəlib

Aysel Kərimova