Qalmaqallı aparıcı işdən çıxdı - “Şərtlərimi qəbul etmədilər...”

qalmaqalli-aparici-isden-cixdi
Oxunma sayı: 3388

 Müğənni Lerzan Mutlu aparıcılıq etdiyi “Söylemezsem olmaz” verilişindən ayrılıb. 

Qafqazinfo” xəbər verir ki, sənətçi proqramı öz istəyi ilə tərk etdiyini bildirib:

“Reytinqləri qaldırdım, məcbur o masada əyləşmədim. Mənim şərtlərimi qəbul etmədilər, öz istəyimlə verilişdən ayrıldım. Yeni kanalımda görüşənədək...”.

Xatırladaq ki, Lerzan Mutlu həmkarı Oya Aydoğanın ölümünə çox pis olduğunu demiş, başda Bülent Ersoy olmaqla hər kəsin reaksiyası ilə üzləşmişdi.

Onun verilişdə mərhum aktrisa ilə bir neçə dəfə dava etdiyi iddia olunmuşdu. Bunun ardından hər kəs sözügedən verilişi boykot etmişdi.