“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, iqtidarda olan Saenuri Partiyasından verilən məlumata görə, ölkəyə qayıdan dövlət başçısı Park Geun-hye istefa ərizəsini nəzərdən keçirib. İstefa ərizəsini qəbul edən dövlət başçısı hakimiyyətdə olduğu iki il müddətində 3-cü baş nazir olacaq şəxsi axtaracaq.
Xatırladaq ki, Lee Wan-koo 1 həftə əvvəl istefa ərizəsini yazan zaman Cənubi Koreya başçısı ölkə xaricində idi.
Qeyd edək ki, Lee Wan-koo dövlət layihlərini həyata keçirən Keangnam Enterprises şirkətinin rəhbəri Sung Wan-jongdan 30 milyon von (27 min dollar) dəyərində rüşvət aldığı iddia edilir. Şirkət rəhbəri ötən həftə intihar etmiş, evində axtarış zamanı baş nazirin rüşvət aldığı sənəd ortaya çıxmışdı.
Son xəbərlər
Son Xəbərlər