Ötən gün “Səs Azərbaycan” layihəsinin növbəti buraxılışı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, “Döyüşlər” mərhələsində Mübariz Tağıyevin komandasında yarışan Banu Şücai səhnəyə çıxıb.
Model rəqibi Ayla Şiriyeva ilə birgə ingilis dilində “Shy guy” mahnısı səsləndirib.
Münsiflərdən Manana Cafaridze Aylanın ifasını bəyəndiyini, mahnını rahat oxuduğunu bildirib.
Tünzalə Ağayeva da Aylanın səsini və enerjisini bəyəndiyini vurğulayıb. Əməkdar artist Banunun səsinin itdiyini qeyd edib.
Faiq Ağayev isə iki iştirakçının bir qrupda fəaliyyət göstərmələrini tövsiyyə edib.
Komanda rəhbəri Mübariz Tağıyevin seçimi Ayla Şiriyeva olub.
Qeyd edək ki, “Səs Azərbaycan” musiqi yarışmasının münsif kürsüsündə Faiq Ağayev, Tünzalə Ağayeva, Mübariz Tağıyev və Manana əyləşir.
Xatırladaq ki, Banu Şücai “Miss Globe International” Beynəlxalq gözəllik müsabiqəsinin milli seçim turlarının qalibi olmuşdu. Daha sonra Banu Şücai müsabiqədən kənarlaşdırılmışdı.
Təşkilatçılar isə bildirmişdilər ki, Banu əvvəl “Miss Globe International” gözəllik müsabiqəsinin təşkilatçısı olan "Merac Production" şirkəti və Nigar Məmmədova tərəfindən seçilib. Ona görə o bu müsabiqədə iştirak edə bilməz.
Son xəbərlər
Son Xəbərlər