Qalmaqallı prodüser 19 milyon təzminat ödəyəcək

qalmaqalli-produser-19-milyon-tezminat-odeyecek
Oxunma sayı: 1603

Cinsi zorakılığa görə 23 il həbs cəzası verilən Hollivudun 67 yaşlı prodüseri Harvi Vaynşteyn barədə növbəti qərar açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Nyu-York ştatının Ali Məhkəməsinin hökmünə əsasən, Harvi seksual xarakterli addımlar atdığı işçilərinə təzminat ödəyəcək.

O, bunun üçün 19 milyon dollar miqdarında puldan keçməli olacaq.

Xatırladaq ki, Harvinin ətrafında qalmaqallı söz-söhbət 2017-ci ildə yayılmağa başlayıb. 80-nə yaxın qadın seksual zorakılıq ittihamı ilə prodüserə qarşı məhkəmə işi qaldırıb. Onların arasında Ancelina Coli, Uma Turman, Eşli Cadd, Cessika Man kimi məşhurlar da var.