Qalmaqallı prodüserə 23 il həbs cəzası verildi

qalmaqalli-produsere-23-il-hebs-cezasi-verildi
Oxunma sayı: 1344

Nyu-York ştatının Ali Məhkəməsi seksual zorakılığa görə Hollivudun 67 yaşlı prodüseri Harvi Vaynşteynə  23 il həbs cəzası verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, prodüser bir qədər əvvəl ürək əməliyyatı keçirdiyi üçün məhkəmə zalına əlil arabasında gətirilib və qolu qandallanıb.

Xatırladaq ki, Harvinin ətrafında qalmaqallı söz-söhbət 2017-ci ildə yayılmağa başlayıb. 80-ə yaxın qadın seksual zorakılıq ittihamı ilə prodüserə qarşı məhkəmə işi qaldırıb. Onların arasında Ancelina Coli, Uma Turman, Eşli Cadd, Cessika Man kimi məşhurlar da var.