Qalstanyan yenə aksiya keçirir - Video

qalstanyan-yene-aksiya-kecirir
Oxunma sayı: 2149

“Vətən naminə Tavuş” müxalif hərəkatı yenidən Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə etiraz aksiyası keçirir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiyada hərəkatın lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan da iştirak edir.

Aksiya paytaxtda Müqəddəs Anna kilsəsinin yanından başlayıb. 

“Biz çox vacib yerlərə baş çəkəcəyik, Sayat-Nova küçəsi ilə hərəkət edirik, daha sonra isə Maştoça prospekti ilə gedəcəyik. Əminəm ki, hər kəs hara getdiyimizi bilir. Yol uzun deyil”, - deyə Qalstanyan qeyd edib.