“Qan tələbatı ilə bağlı çətin vəziyyətə düşə bilərik”

“Qan tələbatı ilə bağlı çətin vəziyyətə düşə bilərik”
Oxunma sayı: 1812

“Sabahdan etibarən talassemiya xəstələrinin qan tələbatı problemlərinin həlli üçün müzakirələrə başlayacağıq”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, qan ehtiyatı olsa da, donorların sayındakı azalma onları narahat edir: “Amma bunu öncədən gördüyümüz üçün maarifləndirmə tədbirlərinə başlamışıq. Vətəndaşlara, donorlara müraciət etmək istəyirəm ki, bu humanist addımlarını davam etdirsinlər. Yoxsa, biz daha çətin vəziyyətə düşə bilərik. Onları arxayın edirəm ki, Mərkəzi Qan Bankında bütün lazımı tədbirlər görülüb, heç bir yoluxucu xəstəliyə tutula bilməzlər”. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi