Qan Turalının “Mustafa”sı

qan-turalinin-mustafasi-
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, yazarın üç ildir üzərində işlədiyi kitab sabahdan kitab mağazalarında satışa çıxarılır. Baş qəhrəmanın adıyla adlandırılan kitab 2000-ci illərin gəncliyinin qarşılaşdığı fərdi və siyasi təbəddülatlardan bəhs edir. Melanxolik ovqatda yazılmış romanın baş qəhrəmanının sevgi və siyasətdən aldığı zərbələr onu həbsxanaya gətirir.
Romanın məzmununu “Mübarizə mütləq, məğlubiyyət labüddür” cümləsi ilə ifadə etmək olar. Yazıçı roman boyu yalnız Mustafanın başına gəldiyi hadisələri yazmaqla kifayətlənmir, eləcə də onun keçdiyi düşüncələr burulğanı, düşüncə dünyasını da təsvir edir.
“Ən Yeni Ədəbiyyat” seriyasından min tirajla çap edilmiş 143 səhifəlik romanın qiyməti 3.50 AZN-dir.