“Qafqazinfo”ya daxil olan məlumata görə, “Gənclərin Gələcəyə Addımı” İctimai Birliyi və “Qan Donorları Assosiasiyası”nın təşkilatçılığı ilə 13 sentyabr saat 11:00- da Mərkəzi Qan Bankında jurnalistlər və idmançı gənclər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların yeni təhsil günündə pozitiv enerji ilə dərslərə hazırlaşması üçün könüllü və təmənnasız qanvermə aksiyası həyata keçiriblər. Qanvermə aksiyasına Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nəsimi Rayon Bölməsinin könüllüləri də qoşularaq müqəddəs missiyanı dəstəkləyiblər.
Qeyd edək ki, Azərbaycanda minlərə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmə var və onlar sağlam donor qanına ehtiyac duyur.
Son xəbərlər
Son Xəbərlər