Qanada qızıl mədənində uçqun - 15 ölü

qanada-qizil-medeninde-ucqun
Oxunma sayı: 727

Qananın Aşanti bölgəsində qızıl mədəninə uçqun baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 15 nəfər ölüb, daha 11 nəfər hələ də uçqun altındadır.

Məlumata görə, mədən qanunsuz fəaliyyət göstərirmiş.

Xatırladaq ki, Qanada 7 iyulda da qızıl mədənində uçqun baş vermişdi. Nsua şəhərində baş verən hadisədə 39 nəfər ölmüşdü.