Kabilin mərkəzində Əfqanıstan Prezidenti Əşrəf Qaninin inauqurasiyası zamanı iki raket düşüb. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, insident nəticəsində iki nəfər xəsarət alıb.
“Raketlərdən biri parkın, digəri Serena hotelinin yaxınlığında düşüb, iki nəfər yaralanıb”, - agentliyin həmsöhbəti qeyd edib.
"ToloNews" telekanalının məlumatına görə, Qani şəxsən özü qonaqları mərasimi saxlatdırmamağa çağırıb.
“Bir və ya iki partlayışdan qorxmayın, öz yerlərinizdə qalın”, - Qani xahiş edib.
Son xəbərlər
Son Xəbərlər