“Qafqazinfo”nun məlumatına görə, türkiyəli aktrisa kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi filmin yaradıcı heyəti ilə birlikdə bu gün Nizami Kinoteatrında keçiriləcək təqdimatda iştirak edəcək.
Amerikalı aktyor Leyn Devis də artıq Bakıdadır. O, ANS-ə açıqlamasında film haqda təəssüratlarını bölüşüb:
“Viktor obrazı mənə qərb fikrini tanıtmağa imkan verdi. Bu hadisələr baş verən zaman kifayət qədər işıqlandırılmayıb. Film imkan verdi ki, qərb insanının fikrini hadisələrdə göstərim”.
Könül
Son xəbərlər
Son Xəbərlər