“Qanun pozuntularına görə 14 %-ə yaxın protokol ləğv olunub”

qanun-pozuntularina-gore-14-e-yaxin-protokol-legv-olunub
Oxunma sayı: 2189

“Dövlət satınalmaları sahəsində əldə olunan nəaliyyətlərə baxmayaraq qanunvericilik mükəmməl olmadığına görə hazırda kifayət qədər problemlər var”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. 

“Dövlət satınalmalarına nəzarət çərçivəsində böyük problemlərlə rastlaşmışıq. Keçən il dövlət təşkilatlarının davranışlarında yol verdiyi qanun pozuntuları ilə bağlı 14 %-ə yaxın protokol ləğv olunub”, - deyə xidmət rəisi əlavə edib.

Zaur Mirzə