Qanun pozuntusu görsəz, zəng edin

qanun-pozuntusu-gorsez-zeng-edin
Oxunma sayı: 3061

Dövlət Avtomobil Nəqliyyatı Xidməti əhaliyə müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, qurumun sərnişinlərə müraciətində deyilir:

“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından əldə etdiyiniz biletlər vasitəsilə növbəlilik prinsipinə əməl etdiyiniz üçün və kənar şəxslərin qeyri-qanuni daşımalara görə süni qiymət artımına gətirib çıxaran qanunsuz əməllərinə rəvac vermədiyiniz üçün təşəkkür edirik! 

Tezliklə BBAK-də sizin üçün daha əlverişli şəraitin yaradılması üçün bütün tədbirlər görülür. Sizdən xahiş edirik ki, hər hansı qanun pozuntusuna rast gəldiyiniz halda NRYTN-nin 1655, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406 01 58/59 nömrəli Qaynar xətlərinin operatorlarına və səhifəmizin adminlərinə məlumat verəsiniz. Məlumat verəcəyiniz faktla bağlı avtobusun dövlət qeydiyyat nişanını dəqiq bildirməyiniz rica edilir”.