“Seçki məntəqələrindəki müşahidələrimizə əsasən, seçkilər milli qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə növbədənkənar prezident seçkilərini müşahidə edən GUAM təşkilatının nümayəndə heyətinin bəyanatında deyilir.
Bildirilir ki, səsvermə prosesi seçicilərin azad və öz fikirlərini tam ifadə etmək hüquqları təmin edilməklə baş tutub:
“Ümumilikdə, müşahidə missiyamız tərəfindən hər hansı qanun pozuntusu, şikayət qeydə alınmayıb. Onu da qeyd etmək istərdik ki, məntəqələrdə seçki prosesi lazımi qaydada, şəffaf şəkildə həyata keçirilib.
Seçicilərin hər hansı namizədə səsvermə prosesi heç bir təsirə malik qalmamaqla keçirilib. Bütün məntəqələrdə seçicilərin yüksək iştirakı müşahidə edilib”.
Son xəbərlər
Son Xəbərlər