Qanun pozuntusuna yol verən şəxslər cəzalandırılacaq

qanun-pozuntusuna-yol-veren-sexsler-cezalandirilacaq
Oxunma sayı: 2505

“Seçkilərin gedişinə müdaxilənin qadağan edilməsi ilə bağlı müddəa var. Bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulub”.

“Qafqazinfo” xəbər verir ki, bunu baş prokurorun birinci müavini Elçin Məmmədov MSK-da keçirilən müşavirədə deyib.

O, seçki iştirakçılarının hüquqlarının pozulması və qanunvericiliklə müəyyənləşdirilmiş tədbirlərdən danışıb: “Seçkilərdə  prokurorluq orqanların əsas vəzifəsi bu proseslə bağlı daxil olmuş müraciətlərə baxılmasıdır. Səsvermə günü olan müraciətlərə dərhal baxılmalıdır. Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar seçki qanunvericiliyinin pozulmasına yol vermiş şəxslərin qanunauyğun cəzalandırılması ilə bağlı prokurorluq orqanları tərəfindən bütün addımlar atılacaq”.

Fidan Etibar