Qanuna cərimələr əlavə edildi

qanuna-cerimeler-elave-edildi
Oxunma sayı: 1782


“Qafqazinfo” xəbər verir ki, qanunda qeyd edilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan bir min manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir. 

Eyni zamanda qanunun 65-3.2 maddəsində tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir. 

Qeyd edək ki, Məcəllədəki nəzərdə tutulan dəyişiklik “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda da öz əksini tapıb. Hər iki qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.