Qanuna edilən dəyişiklik hamilə qadını azad etdi - Məhkəmə

qanuna-edilen-deyisiklik-hamile-qadini-azad-etdi-
Oxunma sayı: 1843

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fəva Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən icasda hökm oxunub. Fəva Zeynalova 9 min manat məbləğində qızıl oğurlamaqda ittiham edilərək məhkəmə axtarışına verilib. Bu ilin may ayının 17-də saxlanılıb.

F.Zeynalovanın hamilə olması və təxminən 1 ay həbsdə qalması nəzərə alınıb.

Cinayət Məcəlləsinə son edilən dəyişiklərlə külli miqdarda sayılan oğurluq məbləği 10 min manatdan hesablandığı üçün F.Zeynalovanın əməli az ağır cinayət hesab olunub.
Məhkəmə kollegiyasının hökmü ilə Fəva Məmmədova 2500 manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb. F.Zeynalova Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilir.

Murad Əhməd