“Qanunauyğun davransaydız, bu qaydalardan bəhrələnərdiz”

qanunauygun-davransaydiz-bu-qaydalardan-behrelenerdiz
Oxunma sayı: 2069

“Oliqarx məmurların sayı kəskin azalıb”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu deputat Zahid Oruc parlamentdəki çıxışı zamanı deyib.

O bildirib ki, hökumətdə məlum dəyişiklik baş vermədən bəşəri çağırışlar qarşısında dayanmaq çətin olardı: “İndi artıq hökumətin içində oliqarx məmurların kəskin şəkildə azaldığını deyə bilərik. Möhtərəm Prezident çıxışlarında bununla bağlı sərt fikirlərini bildirib. Pandemiya bizə imkan verir ki, özümüzü daha realist edək. 

Bu gün iqtisadiyyatda kölgəyə çəkilmə hələ də var. Pandemiya indi gizli iqtisadiyyatı üzə çıxarır və insanlara deyilir ki, siz qanunauyğun davransaydınız, bu qaydalardan bəhrələnərdiniz. Amma mən inanıram ki, dövlət uzun illərdir bəlli ənənələrlə işləmiş şəxsləri də nəzərə alacaq”.

Murad Əhməd