“Qanuni oğru” sərhəddə saxlanıldı

qanuni-ogru-serhedde-saxlanildi
Oxunma sayı: 1883

Ermənistan-Gürcüstan sərhədində Svani ləqəbli “qanuni oğru” David Qerliani saxlanılıb.

Qafqazinfo” gürcü KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri məlumat verib. O, sərhədi keçməyə çalışarkən məhz daşıdığı statusa görə saxlanılıb. 

Axtarış zamanı onun üzərindən Ukrayna pasportu tapılıb.